“BAKIYAŞAYIŞTİKİNTİ” MMC keçmiş “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin özəlləşməsi nəticəsində yaranmışdır. “Bakıyaşayıştikinti” LSTB 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Yaranan tarixdən 1995-ci ilə qədər "Bakıyaşayıştikinti" LSTB "Bakı Baş Tikinti" idarəsinin tərkibində monolit binaların tikintisi üzrə ixtisaslaşmış Azərbaycanda yeganə idarə olaraq yüksək mərtbəli binaların tikinti tresti kimi fəaliyyət göstərmişdir. Buna misal olaraq Azadlıq prospektində 5 ədəd 16 mərtəbəli yaşayış evləri,, Azərbaycan Respublikası Kartoqrafiya institutunun inzibati binası, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin korpusunu Azərbaycan Memarlıq və İnşaat universitetinin tədris korpusunu, Əhmədli qəsəbəsi A,B,V yaşayış massivləri, Bakı şəhərində 8-ci və 9-cu mikrorayonda 16 mərtəbəli yaşayış binalarının və s. inşasını göstərmək olar. “Bakı Baş Tikinti” İdarəsi ləğv edildikdən sonra 1995-ci ildən tikinti trestimiz "Bakıyaşayıştikinti" LSTB kimi fəaliyyət göstərməyə başlamışdır. Bu müddət ərzində İnşaatçılar prospektində "Wellington" LLC (Singapur) aid 3 ədəd 16 mərtəbəli yaşayış binaları, "Maşınqayıran" MTK-ya aid Nərimanov rayonu ərazisində 5 binadan ibarət yaşayış kompleksini, Heydər Əliyev adına NEZ-ə aid Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında 3 ədəd yaşayış binası, "KOÇ" holdinqə aid ticarət obyektlərini, "Mitsui Corporation" (Yaponiya) aid tədris binasını, "Ruselprom" Azərbaycan-Rusiya müştərək müəssisəsinin inzibati binasını, Lökbatan qəsəbəsi Nizami küçəsində 5 və 7 mərtəbəli yaşayış binaları, M.Ə.Rəsulzadə qəsəbəsində 5 mərtəbəli yaşayış binası və s. inşa etmişdir. 2011- ci ildən "Bakıyaşayıştikinti" LSTB kollektiv tərəfindən özəlləşdirilərək "Bakıyaşayıştikinti" MMC kimi fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən bəri MMC, "KOÇ Holding" (Türkiyə), "TEKFEN"(Türkiyə), Naftalan Rayon İcra Hakimiyyəti, Nizami rayon icra hakimiyyəti, "Azərkimya", Heydər Əliyev adına NEZ", "Azneftkimyamaş"QSC(Azərbaycan), "SOCAR Petroleum", SOCAR, Rabitə Nazirliyinin "Aztelekom” MMC, "ADVANCED İNDUSTRIAL SOLUTIONS" MMC, "Maşınqayıran" MTK, "Spektr İnşaat MMC və s. şirkətləri ilə iş birliyi quraraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş 091143 nömrəli lisenziya əsasında, Xətai rayonu A.İsmayılov küçəsi 35 ünvanda 12 mərtəbəli 8 bloklu yaşayış binası, Keşlə qəsəbəsi 328 saylı orta məktəb binası, "Tekfen" inşaatın "SOCAR TOWER" lahiyəsinin daxili tamamlama işləri, "Tekfen" inşaatın "Bakı Olimpiya Stadionu" layihəsinin daxili tamamlama və sahə abadlıq işləri, Xırdalan şəhəri Ağdam qaçqın və köçkün məktəbinin təmiri, Füzuli küçəsində SİNAQOQ binasının tikintisi, Bakı Pravoslav kilsəsinin administrativ binasının tikintisi, Qaraçuxur qəsəbəsində 16 mərtəbəli yaşayış binası, Bakı Dövlət Yol Polisinin Koroğlu metrosu ətrafında kamera xəttlərinin yenilənməsi, Məhəmməd Hadi küçəsində 4 blok 9 mərtəbəli yaşayış binası, Naftalan şəhəri 650 yerlik uşaq bağçası, Bərdə şəhəri 1200 şagird yerlik tam orta məktəb binası, "SOCAR Petrolium"-a aid 5 ədəd YDM-in tikintisi, Rabitə Nazirliyinin "Aztelekom" MMC-nin inzibati binasının əsaslı təmir işləri, "Spektr İnşaat” MMC-in Ağ Şəhərdə yerləşən 8 girişli yaşayış binası, Rabitə Nazirliyi Poçt İdarəsinin Sabirabad mərkəzi poçt idarəsinin əsaslı təmiri, "Maşınqayıran" MTK-ya aid Yeni Yasamal yaşayış massivində 17 mərətəbəli 211 mənzilli yaşayış binası, AR Rabitə Nazirliyi "Teknofest" festivalı çərçivəsində "Bakı Kristal Zalı"-nın fasadının təmir işləri, Azadlıq prospektində 378 mənzilli yaşayış kompleksi (pilot layihə) və s. layihələrini icra etmişdir.
Tamamlanmış layihələr
Məmnun müştərilər
Təcrübəli heyətimiz
Təcrübəmiz
"Bakıyaşayıştikinti" MMC İN/L-1796/2016 qeydiyyat nömrəli 22 Avqust 2016-ci il tarixli lisenziyası tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verir.